Proyekt.az Proyekt.az Proyekt.aza> Proyekt.az Proyekt.az
İsi Məlikzadə

İsi Məlikzadə

İsi Məlikzadə 1934-cü il mayın 1-də Azərbaycanın Ağcabədi rayonunda anadan olmuşdur. Burada Xalfərəddin orta məktəbini bitirdikdən sonra M.Əzizbəyov adına Azərbaycan Sənaye İnstitutunun Neft-kimya fakültəsində təhsil almışdır (1952-1957).
“Əzizbəyovneft” mədənlər idarəsində operator, yerüstü avadanlıq ustası (1957-1961), Azərbaycan Kommunal Təsərrüfatı Nazirliyi Başqaz idarəsində böyük mühəndis, şöbə rəisinin müavini (1961-1966), “Ulduz” jurnalı redaksiyasında publisistika şöbəsinin müdiri, məsul katib (1966-1973), Azərbaycan Dövlət Nəşriyyatında redaktor, Cəfər Cabbarlı adına “Azərbaycanfılm” kinostudiyasında ssenari redaksiya heyətinin üzvü (1974-1976), “Azərbaycan” jurnalı redaksiyasında nəsr şöbəsinin müdiri (1976-1980), “Ulduz” jurnalı redaksiyasında nəsr şöbəsinin müdiri (1980-1981), “Mozalan” satirik kinojurnalında böyük redaktor (1981-1983), C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında baş redaktor vəzifələrində işləmişdir (1983-1985).[1] Sonra bir müddət yaradıcılıqla məşğul olmuşdur. Azərbaycan Dövlət Akademik Dram Teatrında ədəbi hissə müdiri (1988-1990) işləmişdir. Sonra ömrünün sonunadək “Azərbaycan” jurnalında publisistika şöbəsinin müdiri (1994-cü ildən), Azərbaycan Mədəniyyət Fondunun Qarabağ fılialının sədri (1990-cı ildən) vəzifələrində çalışmışdır. 1995-ci il dekabrın 5-də vəfat etmişdir.

Səsli kitab