Proyekt.az Proyekt.az Proyekt.aza> Proyekt.az Proyekt.az
Kamal Abdulla

Kamal Abdulla

4 dekabr 1950-ci ildə Bakıda ziyalı ailəsində doğulub. Atası müəllim, anası həkim olub. 1968-ci ildə Bakıda 190 saylı orta məktəbi bitirib.
2000-ci ilin iyun ayında ölkə Prezidenti Heydər Əliyevin Sərəncamı ilə yeni təşkil olunmuş Bakı Slavyan Universitetinin rektoru təyin edilmişdir. 2014-cü ilin fevral ayının 28-nə kimi bu vəzifədə çalışmışdır.

Polşa prezidenti Lex Kaçinskiyə Bakı Slavyan Universitetinin fəxri doktoru adının verilməsi mərasimi
1990-cı ildən Azərbaycan Yaradıcılıq Fondunun (keçmiş Azərbaycan Mədəniyyət Fondunun) sədri, Azərbaycan Yazıçılar Birliyinin İdarə Heyətinin, Teatr Xadimləri Cəmiyyətinin, Azərbaycan Badminton Federasiyasının prezidentidir. 2010-cu ildən 2014-cü ilin mart ayına qədər AMEA Humanitar və İctimai Elmlər Bölməsinin akademik-katibi olmuşdur.

2009-cu ildə həyata keçirilməyə başlamış “Kitabi Dədə Qorqud” və “Nibelunqlar haqqında nəğmə” 10 illik beynəlxalq layihənin (Almaniyanın Mayns Universiteti və Folkenştayn Cəmiyyəti ilə birgə) ideya müəllifi və təşkilatçılarından biridir.

Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2014-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri təyin edilib. Azərbaycan Respublikası Prezidentinin 1 iyun 2017-ci il tarixli Sərəncamı ilə Azərbaycan Dillər Universitetinin rektoru təyin edilmişdir.

Səsli kitab