Proyekt.az Proyekt.az Proyekt.aza> Proyekt.az Proyekt.az
Lev Tolstoy

Lev Tolstoy

Varlı bir ailənin övladı olaraq Yasnaya-Polyanada anadan oldu. Çox kiçik yaşlarında əvvəl anasını, sonra atasını itirdi, qohumlarının himayəsinə keçdi. Uşaqlığından bəri həqiqətləri incələməyə qarşı böyük bir marağı vardı. Təhsilini davam etdirmək üçün Moskvaya getdi. Çalışqan,savadlı bir tələbə olaraq uğur və sevgi qazandı. Fransızcasını inkişaf etdirmiş, Volteri və J.J. Russonu oxumuş, bu iki yazarın qüvvətli təsirində qalmışdı. Yasnaya-Polyanaya geri döndü, yoxsul kəndlilər arasına qatıldı. İlk əsəri olan “Uşaqlıq” ı bu ərəfələrdə yazdı.
Tolstoyun ilk hekayə və povestlərinin bir qismi Qafqaz həyatı ilə bağlıdır. Sonralar yazdığı məşhur “Kazaklar” və “Hacı Murad” povestlərinin və başqa əsərlərinin materiallarını da Tolstoy Qafqazda toplamışdır. 1854-cü ildə Tolstoy hərbi qulluq zamanı Sevastopola, döyüşən orduya dəyişilir. Hərbi qulluq zamanı o, rus, bəlkə də dünya ədəbiyyatında müharibə səhnələrini düzgün, real təsvir edən özünün gözəl “Sevastopol hekayələri”ni yazır.
Artıq 1855-ci ildə L.Tolstoy tanınmış bir yazıçı kimi Sevastopoldan Peterburqa qayıdaraq “Ailə xoşbəxtliyi” əsərini çap etdirir. O, 1862- ci ildə “Yasnaya Polyana” adlı pedaqoji jurnal buraxmağa müvəffəq olur. 1863-1869 -cu illərdə “Hərb və sülh” romanı üzərində işləmişdir. Dünya ədəbiyyatında belə geniş planda yazılmış kamil əsər tapmaq çətindir. G. Plexnov və A. Lunaçarski Tolstoy dühasını yüksək qiymətləndirib, onun “Hərb və sülh” romanını dünya ədəbiyyatında ən gözəl əsər saymışdır. “Hərb və sülh”dən sonra dünya şöhrəti qazanan əsəri “Anna Karenina” romanı olmuşdur.
Tolstoy 1880-1890-cı illərdə “İvan İliçin ölümü” (1884-86), “Xolstomer” (1885), “Kreyser sonatası” (1887-1889), “Sergi ata” (1898), “Cəhalət hökmranlığı” (1886), “Maarifin bəhrələri” (1891) əsərlərini yazmışdır.
Ömrünün altmış ilini bədii yaradıcılığa həsr etmiş və dünya ədəbiyyatında ən yüksək yerlərdən birini tutan L.Tolstoy 1910-cu il noyabr ayının 22-də Yasnaya Polyanada dəfn olunmuşdur.

Səsli kitab