Proyekt.az Proyekt.az Proyekt.aza> Proyekt.az Proyekt.az
Maksim Qorki

Maksim Qorki

Aleksey Maksimoviç Peşkov 28 mart 1868-ci ildə Nijni Novqorod, Rusiya İmperiyasıda anadan olub.Qorki nəqliyyatçı olan atasını 5 yaşında ikən itirir və anası yenidən ərə getdiyindən anadan olduğu Novqoroda qayıdır. 11 yaşında tamamilə yetim qalır, nənəsi və babası tərəfindən Həştərxanda böyüdülür. Nağılları ilə böyüdüyü nənəsinin onun formalaşmasında böyük təsiri vardır. Qorki yalnız bir neçə ay məktəbə gedə bilir. 8 yaşında işləməyə başlıyar, bunun sayəsində Rusiyanın fəhlə sinfinin həyatı ilə yaxından tanış olar. Bir gəmidə qabyuyan işləyərkən oxumağa kitab marağı yaranar. İlk gənclik illərini Qazanda keçirən Qorki, dekabr 1887-ci ildə hətta intihara cəhd edir. Sonraki 5 il boyunca müxtəlif işlərdə çalışaraq, daha sonra yazılarında istifadə edəcəyi bir çox təəssüratı əldə etdiyi böyük Rusiya səyahətinə çıxar. Qorkiyə daha sonra əsərlərində görülən güclü təsvir onun kəskin bir müşahidəçi olduğunu göstərir.Maksim Qorki dəyərli əsərləri ilə dünya mədəniyyət tarixində özünəməxsus yeri olan ədiblərdən biridir. Onun həyat və yaradıcılığının bütün mərhələləri elmi araşdırmalarda kifayət qədər geniş təhlil edilsə də, tərcümeyi-halı və publisistik yazıları tam öyrənilməyib. Qorki yaradıcılığı sovet ədəbiyyatşünaslığının əsas istiqamətlərindən biri kimi, istər nəsr, dram əsərləri, istər poeziyası vahid ideoloji meyarlar əsasında müəyyən çərçivədə tədqiq olunub. Publisistik yazılarının, eləcə də məktublarının böyük qismi “sosialist mədəniyyətinin canlı təcəssümü”, “sosialist realizminin banisi” stereotipinə, bütünlükdə götürəndə sovet ideya-siyasi məfkurəsinə xələl gətirə bilər, deyə yetmiş il tədqiqat müstəvisindən kənar saxlanılıb. Ötən əsrin iyirminci-otuzuncu illərində Qorki şəxsiyyəti və yaradıcılığı barədə formalaşan stereotiplər uzun müddət ictimai fikirdə dəyişməz qaldı. Amma dünyada heç nə əbədi var olmadığından, istənilən stereotipin zamanla dəyişməsi təbii haldır.
Fəqət istənilən halda, XX əsr rus ədəbiyyatı və ədəbi mühitini Maksim Qorkisiz təsəvvür etmək mümkün deyil. Onun əsərləri hələ Çar dövründə imperiya hüdudlarından uzaqlarda nəşr edilir, pyesləri Avropa teatrlarının səhnələrində müvəffəqiyyətlə tamaşaya qoyulurdu. Ədəbi-ictimai fəaliyyəti, həyatının macəra dolu anları bir ömrə sığmayacaq qədər zəngin, ziddiyyətli və sərhədsiz olan bu insanı uzaqdan-yaxından hamı tanısa da, hər kəs sevməzdi. Siyasi mövqeyi, ədəbi düşüncələri, həyata baxışı ilə razılaşmayanların, eləcə də şöhrətinə qibtə edənlərin ara-sıra hücumuna məruz qalardı. Tənqidi yanaşanlar arasında tanınmış qələm sahibləri də vardı. V.Mayakovski, A.Kuprin, İ.Bunin və başqaları müxtəlif vaxtlarda Qorki barədə ziddiyyətli fikirlər söyləyiblər. Peşəkarlığına ağız büzən, istedadını şübhə altına alanlar da tapılıb. Bütün bunlarla yanaşı, maraqlıdır ki, o dövrün mürəkkəb ədəbi proseslərinə aid elmi məqalələrdə, araşdırmalarda söhbət nədən düşürsə-düşsün, kimdən gedirsə-getsin, adətən Maksim Qorkinin adı çəkilir. Bu, təsadüfi deyil. Çünki XX əsrin ilk illərindən M.Qorki Rusiyanın ən tanınmış və ən çox oxunan yazıçılarından biri olaraq qəbul edilib. 1910-cü ildə artıq 100-dən çox kitabın müəllifi kimi Avropa ölkələrində də görkəmli yazıçı və ictimai xadim kimi populyarlıq qazanmışdı. Araşdırmalara görə, 1896-1910-cu ilər arası barəsində yazılan ədəbi-tənqidi məqalələrin ümümi sayı iki minə çatmışdı. Bununla bərabər, istər imperiya dövründə, istər bolşevik hakimiyyəti bərqarar olandan sonra Qorkinin həyat yolu zahirən göründüyü kimi hamar və tək istiqamətli olmayıb. İndi məlum olur ki, 1906-1913-cü və 1921-1932-cü illərdə ədibin qürbətdə yaşaması yalnız səhhəti ilə bağlı deyildi. Üst-üstə 15 ildən artıq mühacir həyatının daha ciddi səbəblərı vardı. Hər iki halda siyasi baxışlarına görə azadlıqdan məhrum edilmək təhlükəsiylə üzləşdiyindən Qərbə sığınmışdı. 1906-cı ildə ABŞ səfəri də, əslində Çar xəfiyyələrinin gözündən yayınmaq üçün atılan addım idi. Bir neçə aydan sonra Amerika Birləşmiş Ştatlarından qayıdanda bərabər yaşadığı məşhur aktrisa Mariya Fyodorovna Andreyeva ilə İtaliyada məskunlaşdı. Qorki yalnız 7 il sonra – Romanovlar sülaləsinin 300 illiyi ərəfəsində Nikolay padşah əhf fərmanı imzalayanda, vətənə dönməyə ürəkləndi. Maksim Qorki qəzetdə dərc olunan yazılarının bir qismini 1918-ci ildə “Nesvoyevremennıye mıslı: Zametki o revolyusii i kulture” (“Vaxtsız fikirlər: İnqilab və mədəniyyət haqda qeydlər”) adlı yeni kitabına saldı. Buna növbəti çap məhsulu kimi baxmaq düz olmazdı. Kitab, əslində yeni hakimiyyətə müstəqil mövqeyini mərdanə nümayiş etdirən cəsarətli söz ustasının avtoportreti idi. SSRİ dövründə həmin kitab, eləcə də “Novaya jizn” qəzeti qadağan olunmuş ədəbiyyat siyahısına salınmışdı. 1988-ci ildə “Literaturniye obozreniya” jurnalı “Nesvoyevremennıye mısli”ni yenidən oxuculara təqdim etdi. Yazıçının “vaxtsız” deyilən fikirləri ilə ictimaiyyət, eləcə də gənc tədqiqatçılar 1990-cı ildə Moskvanın “Sovetski pisatel” nəşriyyatı tərəfindən buraxılan kitabdan tanış oldular. Vaxtilə məhz bu məqalələrə görə Leninlə, Zinovyevlə aralarında fikir ayrılığı güclənmişdi. Bu da onunla nəticələndi ki, Aleksey Maksimoviçə tezliklə müalicə adı ilə ölkəni tərk etməsə, zorla Rusiyadan uzaqlaşdırılacağını mədəni surətdə başa saldılar.
Xeyli götür-qoydan sonra “azadlıq carçısı” taleyin hökmüylə (oxu: Lenin təkidiylə – E.B.) barışmalı oldu. Beləliklə, hər iki halda (1906 və 1921-ci illər nəzərdə tutulur-E.B.) Maksim Qorkinin ölkəni tərk etməsinin gerçək səbəbi, səhhətində yaranan problemlərdən daha çox ictimai-siyasi fəaliyyəti, vətəndaş mövqeyini açıq şəkildə ifadə edən “vaxtsız” fikirləri ilə əlaqədar idi. 18 iyun 1936-ci ildə Qorki, Moskva vilayəti də vəfat etmişdi.

Səsli kitab