Proyekt.az Proyekt.az Proyekt.aza> Proyekt.az Proyekt.az
O Henri

O Henri

Dünya şöhrətli amerikan yazıçı O Henri 11 sentyabr 1862-ci ildə Şimali Karolinada doğulmuşdur.Öz yazdığı əsərlərini O. Henri təxəllüsü ilə çap etdirmişdir. Əsl adı Uiliam Sidney Porter (William Sydney Porter) olan yazıçı dünyada qısa hekayə yazan yazıçıların ən məşhur isimlərindən biri kimi tanınır.Çox az təhsil alan O. Henri aptekdə işləmiş, bank kassirliyi daxil olmaqla müxtəlif işlərdə çalışdıqdan sonra, işlədiyi bankdan pul mənimsəməkdə günahlandırılaraq üç ildən artıq həbsdə yatmışdır. İlk hekayələrini də müxtəlif imzalar altında elə o həbsxanada qələmə almışdır.

Həbsdən çıxdıqdan sonra O. Henri “The Rolling Stone” (Avara) adlı həftəlik satirik jurnalının baş redaktoru vəzifəsində işləmişdir. Yazıçı həyatının son səkkiz ilində iki yüzdən çox hekayə yazmışdır.O. Henrinin zarafatcıl və canlı üslubda qələmə aldığı əsərləri böyük insan kütlələrinin bəyənməsinisinə səbəb olmuş və bu işdə o, çoxlu müvəffəqiyyət qazanmışdır.

Ustalıqla qurduğu və insanı həyəcanlandıran sujeti, incə yumoru və adamın üzünə sanki şillə vururmuş kimi sona çatan gözlənilməz sonluqlarıyla bitən hekayələri, qısa novella sahəsində O. Henriyə xas bir “tərz” meydana gətirmiş və bu bir çox yazıçıya ilham mənbəyi olmuşdur.Maraqlı sujet xətti və incə yumoru ilə seçilən əsərlərində Amerikan həyat tərzinin burjua cəmiyyətinin sosial ziddiyyət və mənəvi eybəcərlikləri əksini tapmışdır.Yazıçının “Kral və kələm” romanından əlavə hekayələrini topladığı əsas kitabları bunlardır: “Qərbin ürəyi”, “Dörd Milyon” (Four Million), “Yanan Çıraq” (The Trimmed Lamp), “Şəhərin səsi” (The Voice of the City), Seçmələr (Options), Fırılananlar (Whirligigs), Altılıqlar və Yeddiliklər (Sixes and Sevens).Əsərləri dəfələrlə ekranlaşdırılmışdır.O. Henri 1910-cu ildə Nyu Yorkda vəfat etmişdir.

Səsli kitab