Proyekt.az Proyekt.az Proyekt.aza> Proyekt.az Proyekt.az
Qabus Şəms əl-Məali

Qabus Şəms əl-Məali

Qabus Şəms əl – Məali — Ziyarilərin hökmdarlarından biridir . Onun hakimiyyət illəri 978-1012 – ci illəri əhatə edir . Onun atası Vuşmagir ( 935 – 967 ) Samanilər dövlətindən vassal asılılığını qəbul etmişdir . 967 – ci ildə Vuşmagirin ölümündən sonra hakimiyyətə böyük oğlu Bisitun gəlmişdir . Bisitun dövləti 978 – ci ilə qədər idarə etmişdir . Onun ölümündən sonra hakimiyyətə özündən yaşca kiçik olan qardaşı Qabus Şəms əl – Məali gəlmişdir . Bacarıqlı sərkərdə , çevik siyasətçi , mahir diplomat və görkəmli dövlət xadimi olan Qabus Şəms əl – Məali əsas diqqəti Ziyarilər dövlətinin iqtisadi inkişafına və tam müstəqillik əldə etməsinə yönəltmişdir . Qabus Şəms əl – Məali Samanilər dövlətinin hökmdarlarının vassalı sayılsa da , fürsət düşdükcə onlara qarşı çıxırdı . Qabus Şəms əl – Məali Ziyarilər dövlətinin gəlirlə-rini artırmaq məqsədi ilə kənd təsərrüfatını , sənətkarlığı və ticarəti canlandırırdı . Eyni zamanda Samanilər dövlətinin hökmdarı II Nuha ( 976 – 997 ) Ziyarilər dövlətinin ərazisində təbii fəlakətlərin baş verdiyini yazan Qabus Şəms əl – Məali ödədiyi xəracı ixtisara saldırır . Onun əmri ilə çayların qarşısını kəsib , suyu əkin sahələrinə yö-nəltmək üçün bəndlər ucaldılıb , kanallar çəkilmişdi . İbn əl – Əsirin qeydlərindən məlum olur ki , 979 – cu ildə Cənubi Azərbaycanın və İraqın müxtəlif yerlərində dağın-tılara və insan tələfatına səbəb olan zəlzələlər baş vermişdir . Qabus Şəms əl – Məali dağıntı olan yerlərdə əhalini bir il müddətinə vergidən azad etmişdir . O , əyalət hakimlərinin üzərinə ciddi nəzarət qoyaraq məmurların özbaşınalıqlarının qarşısını ala bilmişdir . Ziyarilər dövlətinin güclənməsindən qorxuya düşən Samanilər dövləti-nin hökmdarı II Nuh Ziyarilər dövlətinin ərazisinə hücum etdi . 983 – cü ildə Ziyarilər dövlətinin paytaxtı Deyləm şəhərinin yaxınlığında baş verən həlledici qanlı döyüşdə Samanilər dövlətinin hökmdarı II Nuh Qabus Şəms əl – Məalini məğlubiyyətə uğratdı . Nəticədə , II Nuh Deyləm şəhərini ələ keçirdi və Qabus Şəms əl – Məalini Ziyarilər dövlətinin ərazisindən qovdu . II Nuh öz nümayəndəsini Ziyarilər dövlətinin taxtında otuzduraraq Orta Asiyaya qayıtdı . Bundan xəbər tutan Qabus Şəms əl – Məali elə həmin ildə böyük bir ordu ilə Ziyarilər dövlətinin ərazisinə daxil oldu . O , 983 – cü ildə Ziyarilər dövlətinin paytaxtı Deyləm şəhərini ələ keçirərək Samanilər dövlətinin hökmdarı II Nuhun nümayəndəsini Ziyarilər dövlətinin ərazisindən qovdu . Nəticədə , Qabus Şəms əl – Məali öz hakimiyyətini Ziyarilər dövlətinin ərazisində yenidən bərpa etdi . Qabus Şəms əl – Məalinin hakimiyyətdə olduğu dövrdə , yəni 983 – cü ildə baş vermiş hadisələrdən biri də göydə nəhəng quyruqlu ulduzun – kometanın görünüb , əhalini qorxutması idi . Bunu nəzərə alan Qabus Şəms əl – Məali 984 – cü ildə Deyləmdə rəsətxana tikdirmişdir . Bu rəsətxanada dünyanın bir çox alimləri fəaliyyət göstərirdi . Ədəbiyyat və incəsənət həvəskarı olan Qabus Şəms əl – Məali öz sarayında kitabxana yaratmışdı . Bundan başqa o , tez – tez şairləri sarayına dəvət edib poeziya məclisləri düzəldirdi . Tarixdən məlumdur ki , Qabus Şəms əl – Məalinin özü də gözəl qəzəllər yazmışdır . O , həmçinin məşhur ” Qabusnamə ” əsərinin də müəllifidir . O , bu əsəri 1002 – ci ildə yazmışdır . 999 – cu ildə Samanilər dözləti süquta uğradıqdan sonra Qabus Şəms əl – Məali Qəznəlilər dövlətinin hökmdarı Sultan Mahmuddan vassal ası-lılığı qəbul etdi . Ziyarilər dövlətinin daha da qüvvətlənməsindən qorxuya düşən Qəznəli hökmdarı Sultan Mahmud 1012 – ci ildə Deyləmdə qiyam təşkil edir . Məhz hə-min ildə baş vermiş qiyam nəticəsində Qabus Şəms əl – Məali qətlə yetirilir . Onun ölümündən sonra Ziyarilər dövləti tənəzzülə uğramağa başladı . Nəhayət Ziyarilər dövləti 1090 – cı ildə süqut etdi

Səsli kitab