Proyekt.az Proyekt.az Proyekt.aza> Proyekt.az Proyekt.az

Layihə haqqında

Bir kitabın yüksək səslə oxunub, səsin yazılması ilə yaradılan kitablara səsli kitab ya da danışan kitab deyilir. Günümüzdə təkcə görmə əngəlli insanlar üçün deyil, görmə qabiliyyəti olan insanlar üçün də istifadəsi nəzərdə tutulmuşdur. Bir çox kitabların peşəkar şəkildə hazırlanmış səsli versiyası oxuculara təqdim edilir. Görmə əngəlli insanlar üçün kitablar qabartmalı-xətti unsial şrifti ilə nəşr edilir. Bu vəziyyətin həlli olaraq ağla gələn ilk üsul səsli kitabdır. Görmə əngəlli insanlar üçün səsli kitab hazırlanması, daha çox könüllülər tərəfindən kitabların səsli oxunaraq qeyd edilməsi şəklində həyata keçirilir.

Səsli kitabların faydaları:

  1. Kitabları hər vəziyyətdə “oxuya bilərsiniz”: idman edərkən , səyahət edərkən, diqqətiniz dağılmırsa avtomobil istifadə edərkən və s. Əgər gün içində nə qədər çox kitab “dinləyə biləcəyimizi” düşünsəniz ortaya çıxan nəticəyə təəccüblənərsiniz.
  2. Görmə əngəlli insanların kitab oxumaqları bu formada daha da asanlaşır. Sadəcə könüllü insanların oxuduğu kitablarla deyil, peşəkar insanlar tərəfindən səsləndirilmiş kitabların və minlərlə kitab görmə əngəlli insanlara “işığı”gətircək. Bununla yanaşı, görə bildiyi halda oxuya bilməyənlərin, yəni oxumağı bacarmayanların və oxuya bildiyi halda kitab almağa imkanı olmayanların vəziyyətini asanlaşdıracaq.
  3. Yanınızda böyük bir kitabxanaya yerləşəcək qədər kitab daşıya bilirsiniz: Tətilə gedərkən hansı kitabı yanımda aparım deyə fikirləşmənizə ehtiyac qalmayacaq.
  4. Bu gün insanların bir çoxu müxtəlif cihazlarla musiqiyə qulaq asırlar. Mp3 çalarlar, cib telefonları ilə musiqi dinləmək mümkündür. Deməli, bu cihazlar ilə kitab “oxumaq” da mümkündür. Bu cür cihazlar ilə musiqi dinləyən insanlar, zamanlarının onda birini bu səsli kitablara sərf etsələr, daha çox mariflənmiş olarlar.

Bu kitabların dünyamıza ən böyük xeyri daha az ağacın kəsilməsidir.


 

 

Layihənin ideya müəllifi və rəhbəri: f.ü.f.d., dosent Şəmil Sadiq

 

Qrafik & Veb dizayn: Teymur Fərzi

 

Səsləndirən: Vidadi Həsənov

 

Moderator: Xırdaxanım

Adıgözəlova