Proyekt.az Proyekt.az Proyekt.aza> Proyekt.az Proyekt.az

Səsləndirən

H. Vidadi İsmail (Həsənov Vidadi İsmail oğlu) 1958-ci il iyulun 16-da Gəncədə anadan olub. 1979-cu ildə hərbi xidməti başa vurduqdan sonra Cəfər Cabbarlı adına Gəncə dövlət dram teatrında fəaliyyətə başlayıb. 1980-ci ildə isə Azərbaycan Dövlət Mədəniyyət və incəsənət İnstitutunun dram və kino aktyoru fakültəsinə daxil olub. İnstitutun Tədris Teatrında aktyor kimi işləyib.
Vidadi Həsənov 1986-cı ildə həmin universitetdə müəllim kimi fəaliyyətə başlayıb. Aktyor 1990-cı ildən isə YUĞ teatrında çalışır. Hazırda Mədəniyyət və İncəsənət Universitetinin “Estrada rejissoru” kafedrasının dosentidir.
Avropa kinematoqrafçılar Assosasiyasının xətti ilə 2009-cu ildə Tiflis, 2010-cu ildə Moskvada ssenaristlər kursunu keçərək beynəlxalq sertifikat alıb. 9 may 2012-ci ildə Əməkdar artist fəxri adına layiq görülmüşdür.
2008-ci ildə “Şair olmaq istəmirəm” adlı, 2015-ci ildə “Qum dənələri” adlı şeirlər kitabı çap olunub.